Bakıda “Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış” mövzusunda konfrans keçirilir

12:28 24 Aprel 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, Kifayət Əliyeva, AZƏRTAC
Aprelin 24-də Bakıda Müəllif Hüquqları Agentliyi (MHA), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan “Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirlər.
Tədbirdə MHA-nın sədri Kamran İmanov 2001-ci ildə elan olunmuş Beynəlxalq Əqli Mülkiyyət Gününün məqsədindən və əhəmiyyətindən, hər il bu günün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da silsilə tədbirlərlə qeyd edilməsindən danışıb.
K.İmanov bildirib ki, bugünkü tədbir ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilib. Məhz Ulu Öndərin uzaqgörənliyi və fitri proqnozlaşdırma istedadı Azərbaycanın müasir əqli mülkiyyət sistemini qurmağa imkan yaradıb. Keçmişi izah etmək üçün ilahi vergidən, bu günü anlamaq üçün istedaddan, gələcəyi görmək üçün dahilikdən daha artıq nemətlər varisi olan Heydər Əliyev dövlətimizin digər istiqamətləri ilə yanaşı, əqli mülkiyyət sahəsinin gələcəyinin cizgilərini də təxminən iyirmi il əvvəl çəkib.
Konfransda mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Azerbaycan_2020_eqli_mulkiyyetin_geleceyine_baxis_movzusunda_konfrans_kechirilir-849357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR