Tolik canlı efirdə Vasifi pərt elədi: "O kostyumu sünnəti olan uşaqlar geyinir"

Tolik canlı efirdə Vasifi pərt elədi: "O kostyumu sünnəti olan uşaqlar geyinir"
12:29 24 Aprel 2015
154 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Tolik (Tarix Əliyev) müğənni Vasif Məhərrəmlinin söylədiyi “Mən sırqa taxmaram” sözlərinə cavab verib. Lent.az-ın məlumatına görə, ATV-nin “Gün üzü” verilişinə qonaq olan prodüser müğənnin ünvanına bu sözləri deyib:

 

“Bu yaxınlarda ATV telekanalında müğənni Vasif Məhərrəmlinin bir çıxışına baxdım. Dedi ki, “mən bilsəm ki, Azərbaycanda kişilərin sırğa taxmağına normal baxırlar, hamı taxır, bunu mən istifadə etmərəm”. Amma nəzərinizə çatdırım ki, mənim 35 yaşım var. Biz uşaq vaxtımızdan görmüşdük ki, qırmızı kostyumu sünnəti olan uşaqlara geyindirirdilər. Amma indi kişilər qırmızı kostyum da geyinirlər. Toylara gedirlər. Ona görə də, heç vaxt "heç vaxt eləmərəm" demək lazım deyil. Vasifin oxuduğu janrla geyindiyi geyimlər heç uyğun gəlmir. Qırmızı cızıqlı göy pencək, qırmızı kostyum da geyinir".

 

Qeyd edək ki, V.Məhərrəli ilə prodüsser Tolik arasında bir neçə ay öncə də qalmaqal olmuşdu. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR