“Qadın: ailə və cəmiyyət” mövzusunda “dəyirmi masa” keçirilib

12:33 24 Aprel 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZӘRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Ümumçin Qadınlar Federasiyasının nümayəndə heyətinin iştirakı ilə “Qadın: ailə və cəmiyyət” mövzusunda “dəyirmi masa” keçirilib.
Komitənin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan və Çin arasında möhkəm dostluq və iqtisadi, sosial, mədəni sahələrdə geniş əməkdaşlıq münasibətləri var.
Diqqətə çatdırılıb ki, Azərbaycan əhalisinin 50, 2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışır. Hazırda qadınlarımız həm idarəetmədə, həm də qərarqəbuletmədə təmsil olunurlar.
Federasiya katibliyinin rəhbəri Tszyano Yan təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, Federasiya çinli qadınların hüquqlarının müdafiəsi istiqamətində mühüm layihələr həyata keçirir, onların iqtisadi və sosial həyatda iştirakının təmin olunmasında, bərabər hüquqların əldə edilməsində xüsusi rol oynayır.
Azərbaycanın tanınmış ictimai xadimlərinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qadin_aile_ve_cemiyyet_movzusunda_deyirmi_masa_kechirilib-849361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR