Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq

11:42 24 Aprel 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 12:36 ]

Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir

Bakı. Könül Kamilqızı - APA. Aprelin 25-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.


Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR