Nazir Səlim Müslümov Bərdədə sakinləri qəbul edib

Nazir Səlim Müslümov Bərdədə sakinləri qəbul edib
11:42 24 Aprel 2015
212 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 12:33 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında ərzində respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiki”nə uyğun olaraq, bu gün Bərdə rayonunda bu rayonun və Ağcabədi, AğdamLaçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib. 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Açıq qapı” şəraitində keçirilən qəbul zamanı müraciətlər əsasən mənzil, minik avtomobili ilə təmin olunma, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, bərpa müalicəsinə köməklik edilməsi və s. məsələləri əhatə edib. Müraciətlərin cüzi bir qismi ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı olub.

 

S. Müslümov vətəndaşların müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq tədbirlər görülməsi, habelə vətəndaşlara aidiyyəti məsələlərlə əlaqədar hüquqi izahatlar verilməsi barədə tapşırıqlar verib. Ayrı-ayrı imtiyazlı şəxslərin mənzillə təmin olunmaq barədə müraciətlərini cavablandırarkən S. Müslümov hazırda respublikamızın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət 353 ədəd fərdi evin inşa olunduğunu və cari ilin iyul ayının sonunadək onların istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib.

 

Həmin evlərdə normal yaşayış üçün bütün şəraitin yaradılacağını nəzər çatdıran S.Müslümov eyni zamanda yaxın vaxtlarda 4 rayonda bu təbəqələrdən olanlar üçün yeni fərdi evlərin inşasına başlanacağını diqqətə çatdırıb. Nazir digər bölgələr kimi, Bərdə, Ağdam və Ağcabədi rayonlarında da əlil və şəhid ailələrinin mənzilə təminatı  sahəsində məqsədyönlü işlərin görüldüyünü bildirib: “Ötən il Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli, Bərdə rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Hazırda Bərdə rayonunda 5 ədəd, Ağcabədi rayonunda 14 ədəd, Ağdam rayonunda isə 10 ədəd fərdi evlərin inşası yekunlaşmaq üzrədir və yaxın vaxtlarda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək”.

 

Qəbula gələn vətəndaşlar hazırda müharibə əlilləri və şəhid ailələri üçün onların yaşadıqları bölgələrdə fərdi evlərin tikintisinin aparıldığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

S. Müslümov müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin avtomobillə təminatının sürətlənməsinin nəqliyyat vasitəsi ilə təmin olunmaqdan ötrü müraciətlərin artması ilə müşahidə edildiyini bildirib: “Müraciətlər çoxalsa da, bu sahədə qanunvericiliyin prinsiplərinə ciddi əməl olunur. Cari ilin yanvar-mart aylarında TSEK-lərə müraciət edənlərdən yalnız 31,1%-nin (130 nəfər) minik avtomobilinə tibbi göstərişinin olduğu müəyyən edilib”.

 

Qəbul zamanı S. Müslümovun müvafiq göstərişi əsasında bir sıra şəxslərin müraciətlərində əksini tapan məsələlər yerindəcə həll olunub, həmçinin ayrı-ayrı vətəndaşlara məşğulluqlarının təmin olunması üçün boş (vakant) iş yerlərinə göndərişlər verilib. Nazirliyin səlahiyyətlərinə adi olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Qəbula yazılmış vətəndaşların xüsusi ayrılmış nəqliyyatla Bərdə rayonuna aparılıb gətirilmələri təmin olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR