“Azəriqaz” bəzi yaşayış məntəqələrində qazın verilişində problemlərin yaranmasına aydınlıq gətirib

12:47 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 12:41 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi son zamanlar ölkənin bəzi rayonlarında qazın verilişində yaranan problemlərlə bağlı məsələyə aydınlıq gətirib.

 

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev “APA-Economics”ə bildirib ki, qaz məhdudiyyətləri yaranan rayonların əksəriyyətində təmir işləri gedir.

 

İ. Kərbəlayev bildirib ki, hazırda bir neçə rayonda, o cümlədən Bakının bir sıra yaşayış məntəqələrində qaz xətləri yenilənir və yeni sayğaclar quraşdırılır: “Bundan başqa, ümumiyyətlə təbii qazın verilişinin daha da yaxşılaşdırılması, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bir ara qazın verilişində fasilələr yaranmışdı. Yəni bütün bu işlər əhaliyə verilən təbii qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədardır”.

 

Qurum rəsmisi deyib ki, bundan başqa, qaz kəmərlərinin üzərində siyirtmələrin quraşdırılması işləri aparılıb: “Dünəndən artıq fasilələr öz həllini tapıb və əhali normal, fasiləsiz və tələbata uyğun təbii qazla təmin olunur”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR