Türkiyənin Moskvadakı səfiri: "Xocalı qətliamını Ermənistanın indiki rəhbərliyi törədib"

Türkiyənin Moskvadakı səfiri: "Xocalı qətliamını Ermənistanın indiki rəhbərliyi törədib"
12:49 24 Aprel 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+

“1915-ci ildən əvvəl və ya sonralarda bu bölgədə yaşanan acı olaylar varsa, onun ən çox zərər çəkənlərindən biri elə müsəlman türk xalqıdır. Bunu söylərkən təməl arqumentlərimizdən biri də odur ki, mövzunu tarixçilər, akademiklər araşdırsınlar, gərəkirsə illərlə çalışsınlar və bir tablo ortaya çlıxartsınlar. Onun sonucunu siyasətçilər dəyərləndirsinlər”. Lent.az-ın məlumatına görə, bunu Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım “Yenises.ru”-a müsahibəsində bildirib. O qeyd edib ki, 2005-ci ildən bəri Türkiyə Cümhuriyyəti  bunu söyləyir. “Ümumi və geniş şəkildə, hətta istərsələr Rusiya və ya digər öbyektiv ölkələrin də bu araşdırma prosesinə qatılmasının tərəfdarıyıq. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu cür geniş çalışmanın sonucundan qorxduğu üçün, özü-özü ilə üzləşmək istəmir. İrəvanda keçirilən tədbir də, uzun illər o dövrdə baş verən olaylarda təkcə ermənilərin zərər gördüyünü oz siyasi maraqlarına alət eməklə apardıqları təbliğatın davamıdır. Sanki başqa xalqlar bundan ziyan görməmiş kimi qələmə verirlər". 

Diplomat onu da vurğulayıb ki, Xocalıda baş verən qətliamın cavabdehi Ermənistan və onun bugunku liderləridir. “Bu həqiqətdir. Xocalı tarixə keçib. Orada insanlıq qətliamı yaşandığına kimsənin şübhəsi yoxdur. Türk-erməni əlaqələrinin gələcəyi haqqında fikir bildirmək çətindir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR