Bakıda gətirilən konfetlərdən narkotik çıxdı (FOTO)

Bakıda gətirilən konfetlərdən narkotik çıxdı (FOTO)
11:51 24 Aprel 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Astara gömrükçüləri heroin və metadon aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Azər Babayev gömrük nəzarətindən keçərkən onun əl yükündə, 14 ədəd konfetin içərisində gizlədilən və xalis çəkisi 23,791 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Bundan başqa, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn İran vətəndaşı Dadvan Meşginşəhr Ali Nemət oğlu gömrük nəzarətindən keçərkən ona məxsus əl yükündə, üzərində “Salbutamol” yazısı olan şüşə butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,1 qram olan narkotik vasitə - metadon aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=340141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR