Bu gün Azərbaycan saytlarına erməni kiber qruplaşmaları tərəfindən hücumların olacağı gözlənilir

12:52 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 12:45 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycanın, o cümlədən, Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan hücumların həyata keçiriləcəyi gözlənilir.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin apardığı araşdırmada bildirilir.

 

Qurum mümkün kiber hücumların qarşısının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR