​Baş Prokurorluq informasiya agentliyinin baş redaktorun xəbərdarlıq edib

​Baş Prokurorluq informasiya agentliyinin baş redaktorun xəbərdarlıq edib
12:52 24 Aprel 2015
97 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Baş Prokurorluğu Dünya İnformasiya Agentliyinin (DİA) rəhbərinə xəbərdarlıq edib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
O bildirib ki, Dünya İnformasiya Agentliyinin (DİA) internet saytında “Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir” başlıqlı məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistanın hərbiçiləri tərəfindən intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlamaqla davamlı təxribat törətməsi, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olunmuş, eyni zamanda çoxlu sayda ağır hərbi texnikanın hərəkət etmələrini özündə əks etdirən videogörüntülər yerləşdirilib.
Bununla əlaqədar agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/media/bas-prokurorluq-informasiya-agentliyinin-bas-redaktorun-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR