Azərbaycanda hərbi texnikaların hərəkət trayektoriyası barədə məlumat yayan saytın rəhbərinə xəbərdarlıq edilib

12:52 24 Aprel 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 12:43 ]


Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda hərbi texnikaların hərəkət trayektoriyası barədə məlumat yayan saytın rəhbərinə xəbərdarlıq edilib.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Dünya İnformasiya Agentliyinin (DİA) internet saytında “Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir” başlıqlı məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistan hərbçiləri tərəfindən intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlanılmaqla davamlı təxribat törətməsi, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olunub, eyni zamanda çoxlu sayda ağır hərbi texnikanın hərəkət etməsini özündə əks etdirən videogörüntülər yerləşdirilib.

 

Bununla əlaqədar agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR