Canlı efirdə Vasifi pərt elədi: "O kostyumu sünnəti olan uşaqlar geyinirlər"

Canlı efirdə Vasifi pərt elədi: "O kostyumu sünnəti olan uşaqlar geyinirlər"
12:52 24 Aprel 2015
141 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Tolik (Tarix Əliyev) müğənni Vasif Məhərrəmlinin söylədiyi “Mən sırğa taxmaram” sözlərinə cavab verib. Lent.az-ın məlumatına görə, ATV-nin “Gün üzü” verilişinə qonaq olan prodüser müğənninin ünvanına bu sözləri deyib:
 
“Bu yaxınlarda ATV telekanalında müğənni Vasif Məhərrəmlinin bir çıxışına baxdım. Dedi ki, “mən bilsəm ki, Azərbaycanda kişilərin sırğa taxmağına normal baxırlar, hamı taxır, bunu mən istifadə etmərəm”. Amma nəzərinizə çatdırım ki, mənim 35 yaşım var. Biz uşaq vaxtımızdan görmüşdük ki, qırmızı kostyumu sünnəti olan uşaqlara geyindirirdilər. Amma indi kişilər qırmızı kostyum da geyinirlər. Toylara gedirlər. Ona görə də heç vaxt "heç vaxt eləmərəm" demək lazım deyil. Vasifin oxuduğu janrla geyindiyi geyimlər heç uyğun gəlmir. Qırmızı cızıqlı göy pencək, qırmızı kostyum da geyinir".
 
Qeyd edək ki, V.Məhərrəmli ilə prodüser Tolik arasında bir neçə ay öncə də qalmaqal olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR