TuranBankın aktivləri 22 faiz artıb

TuranBankın aktivləri 22 faiz artıb
12:58 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 1-nə TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz, ötən ilin sonu ilə müqayisədə isə 8 faiz artaraq 345,3 milyon manat təşkil edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə TuranBankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz, sonu ilə müqayisədə isə 16 faiz artaraq 256 milyon manata çatıb. Bankın müştəri hesabları və depozit portfeli 161,3 milyon manat, depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 82,7 milyon manat, nizamnamə kapitalı 47 milyon manat, məcmu kapitalı 53 milyon manat, gəlirləri 6,2 milyon manat, xərcləri 8,2 milyon manat olub. Hesabat dövrü ərzində bankin zərəri 2 milyon manat təşkil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TuranBankin_aktivleri_22_faiz_artib-849369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR