Külək nə vaxta kimi davam edəcək?

Külək nə vaxta kimi davam edəcək?
13:01 24 Aprel 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycanda hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-8˚, gündüz 11-16˚ isti olacaq.

Aprelin 25-də Azərbaycanın bölgələrində də arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacaq, yağıntı gündüz tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 4-9˚, gündüz 13-18˚, dağlarda gecə 2˚ şaxtadan 3˚-dək isti, gündüz 4-9˚ isti olacaq.

Xatırladaq ki, aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=340153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR