"Mühteşem yüzyıl"ın davamı gəlir - FOTO

"Mühteşem yüzyıl"ın davamı gəlir - FOTO
13:05 24 Aprel 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə və dünyanın bir sıra ölkələrində fenomenə çevrilmiş "Muhteşem Yüzyıl"ın davamı kimi çəkiləcək "Köşem Sultan" teleserialındakı baş rollara seçimlər davam edir.
 
Milli.Az AHT-yə istinadən bildirir ki, teleserialın ilk mövsümündə Köşem Sultanın 16-20 yaşlar arasındakı həyatından bəhs ediləcək seriyalarda bu rolu 23 yaşlı aktrisa Bensu Soral oynayacaq.
 
Aktrisa Hande Soralın bacısı olan Bensu "Vicdan" və "Boynu Bükükler" seriallarındakı rolları ilə diqqət çəkmişdi.
 
Bu rolla bağlı Sibel Kekilli, Beren Saat Tuba Büyüküstünlə bağlı danışıqlar da aparılmışdı.
 
Hazırda "Safiye Sultan" roluna seçimlər aparılır.
 
"Tims Production" studiyasının çəkəcəyi "Köşem Sultan" serialı bu ilin sentyabrında Star TV telekanalında nümayiş olunmağa başlanacaq.
 
Milli.Az
 






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/336250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR