Azərbaycanlı yazıçının kitabı İranda fars dilində nəşr olunub

Azərbaycanlı yazıçının kitabı İranda fars dilində nəşr olunub
13:07 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanlı yazıçı Pərviz Cəbrayılın "Yad dildə" romanı İranda fars dilində işıq üzü görüb. "Report"un məlumatına görə, roman Təbrizin "Yaran" nəşriyyatında 1000 tirajla çap edilib.
İranda yaşayan şair-tərcüməçi Əhəd Fərəhməndinin şəxsi təşəbbüsü ilə çapa hazırlanan və nəşriyyatın hesabına çap olunan romanın redaktoru şair-tərcüməçi Nigar Xiyavi olub.
"Yad dildə" romanı may ayında Tehranda keçiriləcək ənənəvi beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək.
Xatırladaq ki, bundan öncə P.Cəbrayılın "Hər sabah yaşam" kitabı İranda fars dilində nəşr edilib.
Yazıçının "Yad dildə” romanı 2010-cu ildə "Nəsimi" Kitab Müsabiqəsinin, 2011-ci ildə isə Milli Kitab Mükafatının qalibi olub.



Xəbərin orijinal ünvanı: http://report.az/edebiyyat/azerbaycanli-yazicinin-kitabi-i-randa-fars-dilinde

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR