Azərbaycan kubokunda finalın püşkü atılıb

13:12 24 Aprel 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 13:06 ]


Bakı – APA. Azərbaycan Kuboku uğrunda final görüşünün nominal meydan sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, buna klub nümayəndələrinin iştirakı ilə keçirilən püşkdə aydınlıq gəlib.

 

Qəbələ şəhər stadionunda baş tutacaq final oyununda “Qarabağ” meydan sahibi, “Neftçi” isə qonaq qismində iştirak edəcək. Bu qarşılaşma iyunun 3-də baş tutacaq.

 

Ölkə kubokunun başlama vaxtı də dəqiqləşib. “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da başlayacaq.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR