Kürdəmirdəki bıçaqlanmanın maraqlı TƏFƏRRÜATI

Kürdəmirdəki bıçaqlanmanın maraqlı TƏFƏRRÜATI
13:12 24 Aprel 2015
328 Digər
Ölkə mətbuatı
A- A+

Həmkəndlisini həyətində görən Kürdəmir sakini onu bıçaqlayıb

Kürdəmirdə bıçaqlanma hadisəsi qeydə alınıb. Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, hadisə rayonun Qağaçılı kəndində baş verib. Kənd sakini Zaur Muxtar oğlu Abdurahmanov yaşadığı evin həyətində həmkəndlisi Dəyanət Sakit oğlu Xəlilovu görüb. Dəyanət Xəlilovun həyətə gizli şəkildə gəlməsinin səbəbini öyrənmək isə hər iki şəxsə baha başa gəlib.

Aralarında yaranan münaqişə zamanı Zaur Abdurahmanov evdən götürdüyü bıçaqla Dəyanət Xəlilovu bir dəfə vuraraq xəsarət yetirib. Xəsarət alan şəxs hadisə yerindən qaçıb. Zaur Abdurahmanov isə könüllü polisə təslim olub. Dəyanət Xəlilov sol kürək nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

“Bıçaqla vurmaq fikrim yox idi. Tutub ağaca sarıyaraq təslim etmək istəyirdim”, - deyə Zaur Abdurahmanov istintaqa ifadəsində bildirib.

Milli.Az

Uyğun link: 

Qısqandı, həmkəndlisini qanına qəltan etdi



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/336322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR