“Səkkiz sütun” altında sevimli italyan mahnıları və dadlı yeməklər

“Səkkiz sütun” altında sevimli italyan mahnıları və dadlı yeməklər
13:13 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Dəbli Milanı sevməmək, Romanın zəngin qədimliklərinin heyranı olmamaq və günəşli Toskananı bəyənməmək mümkün deyil.
AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında açılmış “Otto Colonne” italyan restoranının konsepsiyası məhz bu sevgidən yaranıb.
İtalyan dilindən tərcümədə “səkkiz sütun” adlanan bu restoran rahatlığı, eyni zamanda dəbdəbəli görkəmi ilə diqqəti cəlb edir. Restoranın dekoru parlaq və isti tonlarda hazırlanıb. Səkkiz sütunun hər biri azərbaycanlı rəssam tərəfindən əl işi ilə bəzədilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekkiz_sutun_altinda_sevimli_italyan_mahnilari_ve_dadli_yemekler-849374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR