Musa Musayev: "Təranəni geyimlərinə, baxışlarına qısqanıram"

Musa Musayev: "Təranəni geyimlərinə, baxışlarına qısqanıram"
13:14 24 Aprel 2015
243 Şou
Ölkə mətbuatı
A- A+

 “Mən Təranəni ifrat dərəcədə qısqanıram. Elə olur ki, onu geyimlərinə, baxışlarına da qısqanıram. Bu, xəstəlikdir”.

 

Bu sözləri “Hər şey daxil” verilişində qonaq olan müğənni Musa Muayev həyat yoldaşı Təranə Qumral barəsində deyib. Onun sözlərinə T.Qumral bu sözlərlə cavab verib: “Mən Musadan betər qısqancam. Hər kişidə də, qadında da qısqanclıq var. Həyatda insan paltarını, zinət əşyalarını, yediyi çörəyi belə paylaşa bilir. Ancaq yeganə sevgisini, həyat yoldaşını insan heç kəslə paylaşa, bölüşə bilməz. Ümumiyyətlə nə kişi qadınını, nə də qadın kişisini bölüşə bilmir. Mən heç zaman qoymamışam ki, Musa harasa getsin, tək pul qazansın. Vaxt olub ki, taksi pulumuz olmayıb ki, biz mənzil başına çataq. Həmin yolu o qədər mehriban danışa-danışa gəlmişik ki, heç özümüz də hiss etməmişik ki, nə vaxt çatdıq. Demişəm bu gün azdır, az yeyərik, yoxumuzdur, heç yemərik. İnsan sevgidə mütləq güzəştə getməlidir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR