“Avropa” otelində “Zaminbank”ın filial müdirinin qətlə yetirilməsinə görə iki nəfər tutulub

“Avropa” otelində “Zaminbank”ın filial müdirinin qətlə yetirilməsinə görə iki nəfər tutulub
13:18 24 Aprel 2015
298 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda “Avropa” otelində “Zaminbank”ın Nəsimi rayon filialının müdirini qətlə yetirərək hadisə yerini tərk etmiş iki nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Bakı şəhər sakini Azər Məmmədovu qətlə yetirib hadisə yerini tərk etmiş Sənan Quliyev və Mövlud Səfərov tutulublar.

Faktla əlaqədar cinayət işinin istintaqı davam edir, araşdırma aparılır.

Qeyd edək ki, bir gün əvvəl Nəsimi rayon Polis Şöbəsindən Trend-ə verilən məlumatda qeyd edilib ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” hotelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

“Zaminbank”ın Nəsimi rayon filialının müdiri olmuş A.Məmmədov məşq edən zaman S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Qətl törətməkdə şübhəli bilinən S.Quliyev aprelin 22-nə keçən gecə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2387596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR