Bakıda hoteldə qətl törədilməsinə görə daha bir nəfər tutuldu

Bakıda hoteldə qətl törədilməsinə görə daha bir nəfər tutuldu
13:21 24 Aprel 2015
190 Sosial
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi “Avropa” hotelində qətl hadisəsi törədən şəxslərin tutulması ilə bağlı məlumat yayıb.

ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Bakı şəhər sakini Azər Məmmədovu qətlə yetirib hadisə yerini tərk edən Sənan Quliyev və Mövlud Səfərov tutulublar.

Qeyd edək ki, hadisə aprelin 21-də Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində qeydə alınıb. Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Qeyd edək ki, Sənan Quliyevin saxlanması haqda dünən məlumat yayılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=340160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR