NATO rəhbəri Putini təriflədi

NATO rəhbəri Putini təriflədi
12:26 24 Aprel 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putini xarakteristika edən hərbi blokun ilk rəhbəri adını qazanıb.

ANS PRESS-in məlumatına görə, Amerikanın "Politico" qəzetinin Avropa versiyasının fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə çıxış edən Y.Stoltenberq deyib ki, ilk dəfə Vladimir Putinlə 2000-ci ildə görüşüb. Mən o zaman Norveçin baş naziri idim, Putin isə Rusiya prezidenti idi.

NATO rəhbəri xatırladıb ki, V.Putin çox konkret insandır: "Biz sonra dəfələrlə müxtəlif səviyyələrdə üz-üzə gəlirdik və görüşürdük. O həmişə işə həssaslıqla yanaşır, müzakirə olunan məsələlərə, verilən suallara fikrini çox tez cəmləşdirərək təfərrüatlı şəkildə cavab verir. Mən rus dilində danışmıram, Putin də ingilis dilində danışmır. Ona görə, biz tərcüməçilər vasitəsilə danışırdıq."

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=340095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR