İqtisad Universitetinin tələbələrinin təşkilatçılığı ilə “Twitter” aksiyası keçirilib

13:27 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 13:22 ]


 

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin təşkilatçılığı ilə "twitter" aksiyası keçirilib.

 

APA-nın məlumatına görə, ölkənin 10 ali təhsil müəssisəsindən 5 minə yaxın tələbənin cəlb olunduğu aksiyanın keçirilməsində məqsəd aktiv istifadə etdilən “Twitter” sosial şəbəkəsi vasitəsilə 24 aprel qondarma erməni “soyqrımı”na qarşı böyük ifşa tədbirini həyata keçirmək və Çanaqqala zəfəri kimi qeyd olunan tədbirlərə dəstək göstərməkdir.

 

Aksiya Türkiyənin Çanaqqala vilayətində müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr edilmiş təntənəli mərasim ilə paralel keçirilib.

 

“#Canakkale100” açar sözü vasitəsilə yayımlanan statuslarda Çanaqqala zəfərinin tarixi, erməni yalanları, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşılıb. Açar sözünün gün boyu aktiv saxlanılması məqsədilə tələbələrin sosial şəbəkələrdə paylaşımı növbəli şəkildə təmin edilib.

 

Aksiyaya türk dünyasının müxtəlif ölkələrindən çoxlu sayda tələbə birlikləri və qeyri-hökumət təşkilatları dəstək verib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR