Hərbi sirrin yayılmasına görə baş redaktora xəbərdarlıq edildi

Hərbi sirrin yayılmasına görə baş redaktora xəbərdarlıq edildi
13:27 24 Aprel 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

İnformasiya agentliyinin rəhbərinə dövlət sirri təşkil edən məlumatların yayılmasına görə xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dünya İnformasiya Agentliyinin (DİA) internet saytında “Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir” başlıqlı məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistan hərbçiləri tərəfindən intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlamaqla davamlı təxribatların törədilməsi, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olunub, eyni zamanda çoxlu sayda ağır hərbi texnikanın hərəkət etmələrini özündə əks etdirən videogörüntülər yerləşdirilib.

Bununla əlaqədar agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada daha ciddi tədbirlər görüləcəyi ilə bağlı ona rəsmi xəbərdarlıq edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR