Azərbaycanda ötən il 25 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib

Azərbaycanda ötən il 25 nəfər mina və partlamamış hərbi sursatlardan zərər çəkib
10:42 13 Yanvar 2015
195 Sosial
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 10:38 ]


Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan ərazisində 2014-cü ildə baş vermiş 15 hadisə nəticəsində 25 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib. Bu barədə APA-ya «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.

 

Baş vermiş hadisələr nəticəsində dörd hərbçi və bir  mülki şəxs həlak olub, 8 mülki şəxs və 12 hərbçi yaralanıb.

 

Ötən il minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Qazax, Ağdam, Tovuz, Naxçıvan Muxtar Respublikası, Füzuli, Tərtər, Göyçay, Abşeron rayonlarının və Sumqayıt şəhərinin ərazisində baş verib.

 

Qeyd edək ki, «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyi 2003-cü ildən başlayaraq Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid məlumat bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR