Çempionlar Liqasında püşk zamanı - YENİLƏNİR

Çempionlar Liqasında püşk zamanı -   YENİLƏNİR
13:32 24 Aprel 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq. Fanat.az xəbər verir ki, Avropanın 4 ən güclü klubunun diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək.
 
1/4 final mərhələsini adlayan qitə nəhəngləri yarımfinaldakı rəqiblərinin adlarını kor püşkdən sonra biləcək. İspaniyanın “Real” və “Barselona”, Almaniyanın “Bavariya” və İtaliyanın “Yuventus” klubları final yolundakı son rəqibini tanıyacaq. Tədbir Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
 
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 5-6 və 12-13-də keçiriləcək. Həlledici oyun isə iyunun 6-da Berlindəki "Olimpiya" stadionunda baş tutacaq.

Çempionlar Liqası
Yarımfinal

Real (İspaniya) 
Barselona (İspaniya) 
Bavariya (Almaniya) 
Yuventus (İtaliya)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionlar-liqasnda-puk-zaman-t40232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR