Alim Quliyev: “Neftin qiyməti sabitləşdikcə manatın ciddi devalvasiyası gözlənilmir”

13:37 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 13:30 ]

“Mərkəzi Bank mövcud ehtiyatlarını bu məsələnin həllinə yönəldəcək”

Bakı. Musa Əhmədov - APA-Economics. “Neftin qiyməti sabitləşərsə, manatda ciddi devalvasiya gözlənilmir”.

 

APA-Economis”in verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib.

 

A. Quliyevin sözlərinə görə, dollar-avro münasibətləri manatın məzənnəsinə təsir edir. “Bununla belə, neftin qiyməti tədricən sabitləşdikcə, manatın ciddi devalvasiyası gözlənilmir. Ümumiyyətlə, Mərkəzi Bank mövcud ehtiyatlarını bu məsələnin həllinə yönəldəcək”, - deyə o qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR