Jurnalı qana bulayanların yeni FOTOları

Jurnalı qana bulayanların yeni FOTOları
10:47 13 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdəki "Charlie Hebdo" satirik jurnalının redaksiyasının gülləbaranının "Əl Qaida" terror təşkilatı tərəfindən hazırlandığı şübhə doğurmur.
 
Redaksiyaya hücum etmiş 34 yaşlı Səid və 32 yaşlı Şərif Kuaşi qardaşları binanın girişindəki polisi qətlə yetirəndən sonra "Charlie Hebdo"nun baş redaktorunu və 4 karikaturaçı rəssamını, habelə həmin vaxt redaksiyada olan 7 nəfəri qətlə yetirmiş, 11 nəfəri yaralamışdılar.
Onlar gülləbarandan dərhal sonra hadisə yerindən qaçmışdılar.
 
Bu gün isə terrorçuların yeni fotoları yayılıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, gülləbarandan bir gün sonra, yanvarın 8-də qardaşlar Parisdən 70 km şimal-şərqdə yerləşən Viller-Kotre şəhərciyində olublar. Onlar ərzaq dükanlarından birinə girərək marketi qarət ediblər.
 
Qarət anları marketin videomüşahidə kameralarında əks olunub.
 
Yanvarın 7-də 3 nəfərin hücumuna məruz qalan "Charlie Hebdo"nun redaksiyasındakı gülləbaranda 12 nəfər, o cümlədən baş redaktor həlak olub, 11 nəfər yaralanıb.
 
Terrorçulardan biri təslim olmuş, Səid və Şərif Kuaşi qardaşları isə qaçıb aradan çıxmışdılar. Onlar yanvarın 9-da Parisdən 60 km şimaldakı Dammarten an Qoel şəhərindəki nəşriyyat binasında mühasirəyə alınaraq məhv edilmişdilər.
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR