Mərkəzi Bankdan kreditlərin manatla verilməməsi ilə bağlı AÇIQLAMA

Mərkəzi Bankdan kreditlərin manatla verilməməsi ilə bağlı AÇIQLAMA
13:42 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankı kreditlərin manatla verilməməsi ilə bağlı heç bir kommersiya bankına göstəriş verməyib.

APA-nın verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında millət vəkilləri Vahid ƏhmədovƏli Məsimlinin “Banklar krediti niyə dollarla verir?” sualına cavab olaraq Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib.

A. Quliyevin sözlərinə görə, hal-hazırda devalvasiya ilə əlaqədar dollarlaşma prosesi gedir. “Bu gün bankların resursları dollarladır. Devalvasiyadan sonra əhali banklarda manatda olan əmanətlərini dollara çevirir. Buna görə bankların resursları dollarladır. Banklar da öz risklərini minimuma endirmək üçün kreditləri dollarla təklif edirlər. Lakin bank-müştəri münasibətləri müqavilə ilə tənzimləndiyi üçün banklar müştəriləri dollarla kredit götürməyə məcbur edə bilməz”, - deyə sədr müavini bildirib.

O qeyd edib ki, dollarlaşma ilə əlaqədar Mərkəzi Bank müəyyən işlər görür. Belə ki, Mərkəzi Bank banklar üçün bir pəncərə açaraq bankların manata olan ehtiyacının təmin olunmasına çalışır. Bu isə kreditlərin manatla verilməsinə kömək məqsədi daşıyır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/336334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR