“Multikulturalizmin aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib

“Multikulturalizmin aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib
12:43 24 Aprel 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizmin aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə təşkil edilib.
Konfransda Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin əhəmiyyəti”, Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayev “Multikulturalizmin bəzi sosial-fəlsəfi problemləri” mövzularında məruzələrlə çıxış ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov rəhbərlik etdiyi qurumun Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsində rolundan danışıb.
Prezident yanında Bilik Fondunun aparat rəhbəri Hacı Abdulla ölkəmizdə multikultural mühitin möhkəmləndirilməsində Fondun həyata keçirdiyi layihələrdən söhbət açıb.
Konfrans müzakirələrlə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Multikulturalizmin_aktual_meseleleri_movzusunda_elmi_konfrans_kechirilib-849382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR