100 dəqiqə yaşadı və qəhrəman oldu (FOTO)

100 dəqiqə yaşadı və qəhrəman oldu (FOTO)
13:51 24 Aprel 2015
364 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərədə tibb tarixində iz qoyan hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, cəmi 100 dəqiqə yaşayan körpə bir həyatı xilas edib və beləcə ölkənin ən kiçik orqan bağışlayan sakini oldu. Teddi adlı körpə öldükdən sonra böyrəkləriylə bir insana həyat verdi.

Əkiz uşaqlarından birini doğulduqdan 100 dəqiqə sonra itirən ana-ata, əslində Teddinin çox yaşamayacağını bilirdi. Çünki, hələ ana bətnində olarkən Teddiyə ölümcül xəstəlik diaqnozu qoyulmuşdu.

Amma Cess Evans sadəcə on dəqiqə, bir saat, ya da bir günlüyə də olsa oğlu ilə tanış olmaq istədiyini söyləyərək abortdan imtina etdi. Teddinin anası və atası 100 dəqiqəlik ömür yaşamış kiçik oğullarının bir həyat qurtarmasından böyük qürur duyurlar: “O bir qəhrəman kimi yaşadı və öldü. Onunla fərx etmək duyduğumuzu sözlə ifadə etmək imkansızdır”

Teddinin ekiz isə yaşayır və sağlamdır. Ailə Teddinin itkisini onunla təsəlli tapır.










Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR