"Yeni qərar dərmanların qiymətinin artmasının qarşısını alacaq" - EKSPERT

"Yeni qərar dərmanların qiymətinin artmasının qarşısını alacaq" - EKSPERT
13:54 24 Aprel 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Baş nazir Artur Rasizadənin qərarı ilə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib. Lent.az-ın məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki,  bu, dərman bazarında qiymət tavanın müəyyənləşdirilməsidir. “Bu təcrübədən fərqli bazarlar üçün hətta inkişaf etmiş ölkələrdə, o cümlədən sosial deyil, bazar iqtisadiyyatı ilə tənzimlənən ABŞ-da tətbiq edilir. İnzibati tənzimlənmənin müsbət tərəfi ondadır ki, bu, bazarda qiymət artımlarının qarşısını alacaq. Bununla yanaşı, qiymət tənzimlənməsində əsas məqsəd eyni zamanda endirimlərə nail olmaqdan ibarət olmalıdır. Bunun üçün qiymətləri tənzimlənən hər bir dərman preparatının maya dəyərinin aydın şəkildə hesablanması və buna uyğun qiyməti müəyyənləşdirilməsinə ehtiyac var”.

Ekspertin sözlərinə görə, tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olmaqla yanaşı, iş adamlarının gəlirlilik səviyyəsinə də mənfi təsir göstərməməlidir. “Qiymət tənzimlənməsi fonduna bazarda qiymətlərin əlçatanlığına nail olunması üçün həm idxalda rəqabətin gücləndirilməsinə, həm də yerli istehsalın genişləndirilməsi olduqca vacibdir. Birinci qrup tədbirlər rəqabət nəticəsində idxal olunan məhsulların qiymətinin azalmasına, ikinci qrup tədbirlər isə idxaldan asılılığın aradan qaldırılması və bazara ucuz məhsulların daxil olmasına səbəb olacaq. Bununla da, inzibatı tənzimlənmə kompleks tədbirlər hesabına istehlakçıların daha ucuz dərmanlar almasına imkan verəcək”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR