Rusiyada itkin düşmüş azərbaycanlı iş adamının meyidi tapıldı

Rusiyada itkin düşmüş azərbaycanlı iş adamının meyidi tapıldı
13:57 24 Aprel 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+

Hazırda ekspertlər Barat Əkbərovun ölümünün səbəblərini müəyyənləşdirməyə çalışırlar
​Rusiyada azərbaycanlı iş adamı Barat Əkbərovun meyidi tapılıb.

APA-nın “K-İnform”a istinadən verdiyi məlumata görə, bu ilin yanvarın 16-da itkin düşmüş B. Əkbərovun axtarışı yekunlaşıb.

İşim şəhəri yaxınlığında tapılan meyidi B. Əkbərovun qohumları tanıyıblar.

Hazırda ekspertlər B. Əkbərovun ölümünün səbəblərini müəyyənləşdirməyə çalışırlar. Əgər biznesmenin qətlə yetirildiyi məlum olsa, Surqut prokurorluğunun müstəntiqləri cinayət işini İşimdəki həmkarlarına təhvil verəcəklər.

Xatırladaq ki, B. Əkbərovun oğlu yanvarın 17-də Surqut polisinə müraciət edib. O bildirib ki, atası yanvarın 16-da saat 22 radələrində qohumlarına zəng edib və öz avtomobili ilə evə qayıtdığını deyib. Bundan sonra B. Əkbərov heç kimlə əlaqə saxlamayıb. Yoxa çıxmış şəxsin “Toyota Land Cruiser 200” markalı avtomobili yaşadığı evin yaxınlığında tapılıb. Bir neçə nəfər ona hücum edərək naməlum istiqamətdə aparıb. Hadisə yerində B. Əkbərovun üzərində qan izləri olan papağı tapılıb.

B. Əkbərov ət məhsullarının satışı ilə məşğul olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR