Türkiyəli nazirdən Putinin sözlərinə reaksiya

Türkiyəli nazirdən Putinin sözlərinə reaksiya
14:01 24 Aprel 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya prezidenti Vladimir Putinin qondarma erməni soyqırımı ilə bağlı fikirləri ortaq layihələrə təsir etməyəcək".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

O bildirib ki, bu məsələyə hər birimiz həssaslıqla nəzakət göstərməliyik: "Çünki biz strateji layihələri həyata keçirən iki ölkəyik. Bir-birimiz üçün həssaslıqları qoruyub gözləyəcəyik. İnanırsınız ki, bu sözləri söyləyəcəyimizi təxmin etmirdim", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Rusiya dövlət başçısı 24 aprel 1915-ci il hadisələrini insanlıq tarixinin ən qorxunc, dramatik hadisələrindən biri kimi qəbul etdiyini və erməni xalqının “soyqırımı” ilə əlaqədar kədərli bir tarix olduğunu vurğulayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=340155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR