“Bölgələrdən paytaxta” layihəsində Gədəbəyin təqdimatı keçiriləcək

“Bölgələrdən paytaxta” layihəsində Gədəbəyin təqdimatı keçiriləcək
14:07 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 14:02 ]


Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsində növbəti dəfə Gədəbəy rayonunun təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkil etdiyi tədbir aprelin 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olacaq.

 

Layihə çərçivəsində Gədəbəyin mədəniyyətinin tarixini və müasir zənginliklərini, adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri, mətbəx nümunələri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.

 

Qeyd edək ki, il ərzində “Bölgələrdən paytaxta” layihəsi üzrə Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir və Abşeron rayonlarının da Bakı şəhərində mədəni tədbirləri nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR