Ali Neft Məktəbinin iki tələbəsi Böyük Britaniyaya göndərilib

Ali Neft Məktəbinin iki tələbəsi Böyük Britaniyaya göndərilib
10:49 13 Yanvar 2015
161 Sosial
Ölkə mətbuatı
A- A+

 

Bakı Ali Neft Məktəbinin iki tələbəsi Böyük Britaniyaya göndərilib. BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, BANM-in Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Aidə Soltanova və Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Kamran Əliyev Böyük Britaniyanın nüfuzlu Heriot-Vatt Universitetinin Edinburq kampusunda 1(bir) semestr müddətində öz ixtisasları üzrə təhsil alacaqlar. 


Bakı Ali Neft Məktəbində hər iki tələbənin valideynlərinin də iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, tələbələrin Heriot-Vatt Universitetinə təhsil almağa göndərilməsi Bakı Ali Neft Məktəbində düzgün qurulmuş beynəlxalq əməkdaşlıq sayəsində əldə olunub. Belə ki, Aidə Soltanova  və Kamran Əliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi çərçivəsində oxumağa göndərilirlər.

 Tələbələr Aidə Soltanova  və Kamran Əliyev çıxış edərək, həm rektor E. Qasımova, həm də BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildirdilər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR