Britni Spirs qayıtdı - FOTO

Britni Spirs qayıtdı - FOTO
14:12 24 Aprel 2015
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

Populyar amerikalı müğənni Britni Spirs ABŞ-ın Las-Veqas şəhərindəki "Planet Hollywood" otelində konsert turunu davam etdirir.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 33 yaşlı müğənni amerikalıların "Günahlar şəhəri" adlandırdıqları Las-Veqasdakı çıxışlarını uzun fasilədən sonra bərpa edib.
 
Spirsin Las-Veqasdakı konsertlər seriyası 2013-cü ilin dekabrın 27-də başlanıb. 50 konsertdən ibarət bu seriya üçün B.Spirsə 30 milyon dollar ödənib.
 
Müğənninin seriya ilə yanaşı, əlavə konsertlər verməsi sayəsində onun gəlirlərinin 46 milyon dollara çatacağı gözlənilir.
 
Britni Spirs oğulları - 8 yaşlı Ceyden və 10 yaşlı Şon ilə birlikdə mayın 17-də "Billboard Music Awards" mərasimində səhnəyə çıxaraq İqqi Azaliya ilə duet oxuyacaq.
 
Milli.Az
 













Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR