Gəncə sakini anasını bıçaqlayıb

10:52 13 Yanvar 2015
168 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 10:49 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Aydınbəyov küçəsində yaşayan, 1942-ci il təvəllüdlü Xəzangül Məmmədova idarəyə müraciət edərək bildirib ki, oğlu Məhəmməd Məmmədov onu bıçaqlayıb.

 

Araşdırma zamanı məlum olub ki, Aydınbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü ruhi-əsəb dispanserində qeydiyyatda olan Məhəmməd Məmmədov əlindəki mətbəx bıçağı ilə anası Xəzangül Məmmədovaya xəsarət yetirib.

 

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR