İlk qaradərili baş prokuror

İlk qaradərili baş prokuror
13:16 24 Aprel 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Senatı ölkədə baş prokuror məsələsindəki qeyri-müəyyənliyi aradan qaldıraraq, Prezident Barak Obama tərəfindən təqdim olunan Loretta Lunçu ölkənin baş prokuroru kimi təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, bu, Amerika tarixində ilk qaradərili baş prokuror adını da qazanıb. L.Lunç Senat tərəfindən təsdiq olunması üçün özündən əvvəlki 7 baş prokurorun hamısının birlikdə gözlədikləri vaxtdan 5 ay çox gözləməli olub.

Onun namizədliyi Senatda 56 lehinə, 43 əleyhinə səs verməklə qəbul olunub. Səsvermədəki nisbət çox sayda respublikaçının Loretta Lunçun namizədliyini qəbul etmədiyini göstərir. Onlar prokuror xanım barədə B.Obama tərəfindən ötən ilin noyabrında verilmiş sərəncamı dəstəkləmədiklərinin səbəblərini açıqlayıblar. Respublikaçılar deyiblər ki, B.Obamanın sərəncamı milyonlarla sənədsiz mühacirin deportasiyasına mane olub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR