​Azərbaycanın bank sektorunda manat qıtlığı yaranıb

​Azərbaycanın bank sektorunda manat qıtlığı yaranıb
14:17 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın bank sektorunda manat qıtlığı hiss olunur. "Report"un verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Alim Quliyev Milli Məclisin İqtisadi siyasət Komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib: "Mərkəzi Bank olaraq əksər iqtisadiyyatın dollarlaşmasına qarşı, manatla resursların təminatında kömək üçün banklara pəncərə açmışıq".
"Həm bank sektorunda, həm də Mərkəzi Bankda görüləcək işlərin sayı çoxdur", - deyən A.Quliyev bankların manatla kreditləşməni məhdudlaşdırması məsələsinə də toxunub. O bildirib ki, bankla müştəri kredit məsləsində sərbəstdirlər.
"Azərbaycanda banklar manatla kredit verilişini davam etdirir. Ancaq banklarda resursların əksəriyyəti dollarladır. Əhali əmanətlərini dollara çevirib. Ona görə də dollarla ifadə olunan resursların manata çevrilməsi lazımdır ki, manatla kredit verilsin. Banklar da kredit risklərini minimallaşdırmaq üçün dollarla kreditləşməyə üstünlük verirlər", - deyə AMB rəsmisi vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanin-bank-sektorunda-manat-qitligi-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR