Gömrükçülər sərhəddən narkotik vasitələrin keçirilməsinin qarşısını alıblar

Gömrükçülər sərhəddən narkotik vasitələrin keçirilməsinin qarşısını alıblar
14:18 24 Aprel 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı Azər Babayevin və İran vətəndaşı Dadvan Meşginşəhrin üzərində narkotik vasitələr aşkarlayıblar.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük nəzarətindən keçərkən A. Babayevin əl yükündən 14 ədəd konfetin içərisində gizlədilmiş və çəkisi 23,791 qram olan heroin, D. Meşginşəhrinə məxsus əl yükündən isə çəkisi 0,1 qram olan metadon götürülüb.
Hər iki faktla bağlı təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gomrukchuler_serhedden_narkotik_vasitelerin_kechirilmesinin_qarsisini_aliblar-849393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR