Türk Dünyası Transplantoloqlar Dərnəyinin beynəlxalq konfransı keçiriləcək

Türk Dünyası Transplantoloqlar Dərnəyinin beynəlxalq konfransı keçiriləcək
14:19 24 Aprel 2015
63 Sosial
Ölkə mətbuatı
A- A+

Mayın 20-22-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) beynəlxalq konfransı keçiriləcək. Lent.az-ın məlumatına görə, dünyada ilk hissəvi qara ciyər əməliyyatı və Türkiyədə ilk böyrək köçürmə əməliyyatını həyata keçirmiş dünya şöhrətli alim, professor  Mehmet Haberalın rəhbərliyi ilə keçirilən tədbirin MESOT (Orta Şərq orqan transplantasiya cəmiyyəti), TDTD (Türk dünyası transplantoloqlar dərnəyi), (WAMBES) Dünya Tibb, Tibbi araşdırma – Texnik və Etik bilimlər akademiyasıdır.

Konfransda Transplantasiyanın inkişafı və aktual problemləri, böyrək, qara ciyər köçürülən xəstələrinin hazırlanması, donor seçimi məsələlərinin həlli, orta Asiyanın türk dilli dövlətləri ilə birgə elmi praktik əməkdaşlığı inkişaf etdirmək, Öökəmizdə səhiyyənin bu sahədəki,  problemlərinin  həll olunmasına köməklik göstərməkdir.

Konfransda Azərbaycanı 30-a yaxın mütəxəssis   təmsil edəcək.

Qeyd edək ki, Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) ilk toplantısı bu il yanvarın 29-da Ankarada keçirilib. TDTD-in yaradılmasında məqsəd Türkiyə və Azərbaycanda, eləcə də Orta Asiya dövlətlərində - Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanda transplantalogiyanın inkişafı, qarşılıqlı elmi-praktik əlaqələrin genişləndirilməsi, ilk dövrdə bu sahədə böyük təcrübəyə malik olan Türkiyə alimlərinin təcrübəsindən yararlanmaq, elmi konfrans və simpoziumlar keçirmək və kadr hazırlığına kömək etməkdən ibarətdir.  

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR