Xeyirxahlıq Zərifə xanım Əliyevanın varlığına hakim kəsilmiş ən böyük xüsusiyyət idi

Xeyirxahlıq Zərifə xanım Əliyevanın varlığına hakim kəsilmiş ən böyük xüsusiyyət idi
13:28 24 Aprel 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 24 aprel, Ətrabə Rzayeva, AZƏRTAC 
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Nazilə Cəlilova akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafındakı xidmətlərindən geniş bəhs edib.
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini, şəhər səhiyyə şöbəsinin baş inspektoru Səkinə Sadıxova bildirib ki, akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Tədbirdə Sumqayıt şəhər İstedad Liseyinin direktoru Adilə Süleymanova, YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədr müavini Leyla Əliyeva və başqaları çıxış edərək bildiriblər ki, xeyirxahlıq Zərifə Əliyevanın varlığına hakim kəsilmiş ən böyük xüsusiyyət idi. Şəfalı əlləri ilə möcüzələr yaradan akademik əbədiyyətə qovuşsa da, xatirələrdə daim yaşayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xeyirxahliq_Zerife_xanim_Aliyevanin_varligina_hakim_kesilmis_en_boyuk_xususiyyet_idi-849397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR