Ernest Nfor "Neftçi"dən gedir - açıqlama

Ernest Nfor "Neftçi"dən gedir -    açıqlama
14:32 24 Aprel 2015
80 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin kamerunlu hücumçusu Ernest Nforun komandada qalmayacağı dəqiqləşib. Nfor sport7.az-a açıqlamasında artıq başqa təkliflərlə maraqlandığını etiraf edib.


"Sizə Türkiyənin I dəstə klublarından maraq olduğu deyilir" sualına Nfor belə cavab verib: "Təkliflər həmişə var. Ancaq bir klubla müqavilən olanda digər təkliflər o qədər də real olmur. Yalnız danışıqlar gedir. Mənim "Neftçi" ilə müqaviləm iyunda başa çatır. Ona görə də indidən mənimlə maraqlanan klublarla danışıqlar aparmağa ixtiyarım var".


"Neftçi"də qalmaq perspektivinə necə yanaşırsınız" sualına Belçika vətəndaşlığı olan oyunçunun verdiyi cavabdan da bəlli olur ki, onun üçün "ağ-qaralar"la əməkdaşlıq tezliklə başa çatacaq: "Əgər Azərbaycandan təkliflər olsa, ilk növbədə burdakıları qəbul etməyə çalışacağam. Çünki artıq mən Azərbaycan çempionatına, Azərbaycan futboluna yaxşı bələdəm".


Qeyd edək ki, "Neftçi" ilə Ernest Nforun ipləri hələ fevralda qopub. Onda Nfor intizamsızlığına görə əsas komandadan əvəzedicilərə göndərilmişdi. Ancaq sonradan Rauf Əliyevin sıradan çıxması Nforun məcburiyyətdən əsas komandaya qaytarılmasına səbəb olmuşdu. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ernest-nfor-quotneftciquotdn-gedir-t40234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR