Tağı Əhmədov Rəqsanə ilə rəqs etdi - FOTO

Tağı Əhmədov Rəqsanə ilə rəqs etdi - FOTO
14:32 24 Aprel 2015
413 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova Bakı restoranlarının birində 48 yaşını qeyd edib.

Milli.Az xəbər verir ki, aznews.az aktrisanın ad günündən fotolar əldə edib. Əsas diqqəti cəlb edən M.Əsədovanın geyimi olub.

Xalq artistinin doğum günündə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəisi Tağı Əhmədov da iştirak edib.

T.Əhmədovun müğənni Rəqsanə ilə rəqsi isə gecə iştirakçılarının marağına səbəb olub.

Xatırladaq ki, xalq artisti Məleykə Əsədova 1967-ci ildə Neftçala rayonunda doğulub. 1993-cü ildən bu günə kimi o, Akademik Milli Dram Teatrında çalışır. "İtkin gəlin" teleserialında Əfsanə obrazı ilə məşhurlaşıb.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR