Kamran İmanov: "Keçən ildən bu günə qədər 656 əsər qeydiyyatdan keçirilib"

14:32 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə, son illər müəllif hüququ sahəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi prosesi uğurla davam etdirilib. K.İmanov qeyd edib ki, Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir: "Aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində keçən il ölkədə piratçılığın səviyyəsi kitab nəşri sahəsində cari illə müqayisədə 31%, audio-video məhsulları bazarında 24%, proqram təminatında 11% aşağı düşüb".
Müəlliflərin hüquqlarının qorunmasının təminatının mühüm amili olan əsərlərin Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmasına gəldikdə, H.İmanov bildirib ki, 1996-2014-cü illərdə qeydiyyatdan keçirilən əsərlərin ümumi sayı 10 minə yaxın olub: "Keçən il və bu ilin 3 ayı ərzində 656 əsər (o cümlədən, 37 əsər elektron qaydada) qeydiyyatdan keçirilib".

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/kecen-ilden-bu-gune-qeder-656-eser-qeydiyyatdan-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR