“Dünya” informasiya agentliyinin rəhbərinə xəbərdarlıq edilib

13:33 24 Aprel 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
“Dünya” informasiya agentliyinin internet saytında “Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir” sərlövhəli məqalənin yerləşdirilməsi ilə əlaqədar agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq, rəhbərlik etdiyi internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyulması tələb edilib. M.Zamanov gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistan hərbiçilərinin ordumuzun mövqelərini intensiv şəkildə atəş altında saxlamaqla davamlı təxribat törətmələri, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olunub, eyni zamanda, çoxlu sayda ağır hərbi texnikanın hərəkətini əks etdirən videogörüntülər yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_informasiya_agentliyinin_rehberine_xeberdarliq_edilib-849400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR