Rail Məlikov üçün son şans

Rail Məlikov üçün son şans
13:37 24 Aprel 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin sabiq üzvü Rail Məlikov şərəfini qoruduğu "Dənizlispor"dan ayrıla bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, R.Məlikovun birinci divizion təmsilçisindəki taleyi "Karşıyaka" ilə bu gün keçiriləcək oyundan asılıdır.

"Dənizlispor"un prezidenti Həsən Kıbrısoğlu aşağı liqaya düşmək təhlükəsi olan komandanın futbolçularına sonuncu dəfə xəbərdarlıq edib. O bildirib ki, əgər "Dənizlispor" "Karşıyaka" ilə matçda qalib gəlməsə, bütün futbolçularla yolları ayıracaqlar:

“Maliyyə probleminə baxmayaraq, futbolçuların qayğısına qaldıq. Heç olmasa, “Karşıyaka” ilə görüşdə və bundan sonrakı matçlarda yaxşı çıxış etsinlər. Artıq bəhanəmiz qalmayıb. “Karşıyaka”ya uduzsaq, futbolçuların hamısı əşyalarını toplayıb şəhəri tərk edə bilərlər”.

Qeyd edək ki, “Dənizlispor” birinci divizionda 21 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb və aşağı liqaya düşməyə ən real namizədlərdən biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR