ABŞ Transxəzər qaz kəmərinin tikintisini dəstəkləyir

ABŞ Transxəzər qaz kəmərinin tikintisini dəstəkləyir
14:38 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Transxəzər qaz kəmərinin tikintisini dəstəkləyir.
ABŞ-ın energetika naziri Ernest Morits bəyan edib ki, Birləşmiş Ştatlar Transxəzər qaz kəmərinin tikintisi layihəsinin həyata keçirilməsində Avropa İttifaqına tam dəstək göstərdiyini bildirir.
E.Morits deyib: “Biz Avropaya alternativ yanacaq mənbəyi kimi Xəzər qazının göndərilməsinin təmin edilməsi planlarını tam dəstəkləyirik. Avropa Komissiyası energetika təhlükəsizliyi sahəsində çox həssas etirazlarını bildirib. Bu etirazlar, həmçinin bazarların tənzimlənməsinə və Avropanın yanacaq təchizatının şaxələndirilməsinə aiddir.
Azərbaycan ilə Türkmənistanı birləşdirən Transxəzər qaz kəməri Türkmənistanın Xəzər dənizindən Avropaya qaz nəql edəcək “Cənub” qaz dəhlizinə qoşulması üçün lazımdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_Transxezer_qaz_kemerinin_tikintisini_destekleyir-849404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR